[29.09.06]
Sentyabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 16 sentyabr 2006-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova 102 saylı Samux – Şəmkir, Mərkəzi Seçki Komissiyasının üzvü Tamam Cəfərova isə 66 saylı Biləsuvar seçki dairələri dairə seçki komissiyalarının tərkibindəki dəyişikliklə bağlı məlumat vermişlər. MSK həmin bələdiyyələrin tərkibində dəyişkliklər barədə qərarlar çıxarmışdır.
Komissiya üzvləri Tofiq Həsənov və Nizami Nadirov 6 oktyabr 2006-cı ilə təyin edilmiş Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciət barədə məlumat vermişlər. Müraciətlərdən birinin araşdırılması üçün aidiyyəti üzrə müvafiq dairə seçki komissiyasına göndərilməsi barədə qərar qəbul edilmişdir. Digər müraciətlə bağlı araşdırma növbəti iclasa qədər davam etdiriləcək.
İclsada cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[16.09.06]
Sentyabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 12 sentyabr 2006-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova 60 saylı İmişli – Beyləqan seçki dairsi dairə seçki komissiyasının tərkbində dəyişiklik edilməsinə dair məsələ barədə məlumat vermiş və Mərkəzi Seçki Komissiyası həmin DSK-nın təkibində dəyişiklik edilməsi haqqında qərar çıxarmışdır.
Komissiyanın üzvü Fuad Cavadov 6 oktyabr 2006-cı ilə təyin edilmiş Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciət barədə məlumat vermişdir. Müraciətin aidiyyəti üzrə müvafiq dairə seçki komissiyasına göndərilməsi qərara alınmışdır.
Bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərlə əlaqədar Helsinki Vətəndaş Assmbleyasının Azərbaycan Milli Komitəsindən Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciət barədə Komissiyanın katibi Natiq Məmmədov məlumat vermişdir. Həmin qurum seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olmadığından müraciəti təmin edilməmişdir.
İclsada cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[12.09.06]
Sentyabrın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 5 sentyabr 2006-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova və Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsinə dair məsələ haqqında məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası 45 saylı Abşeron və 122 saylı Xankəndi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişklik edilməsi barədə qərar çıxarmışdır.
İclsada cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[05.09.06]
Sentyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 21 avqust 2006-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova, Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov və Komissiyanın üzvü Rövşən İsmayılov bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsinə dair məsələ haqqında məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası 45 saylı Abşeron, 56 saylı Xaçmaz kənd, 98 saylı Şəmkir şəhər və 102 saylı Samux – Şəmkir seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişklik edilməsi barədə qərar çıxarmışdır.
İclsada cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti